Bakı-2015 I Avropa Oyunlarının arxada qalan 8 günündə 88 dəst medal oynanılıb. Apasport.az saytının məlumatına görə, yarışlarda iştirak edən 50 ölkədən 37-si mükafat qazanmağa nail olub.
Hələlik 13 ölkədən olan idmançılar medal həsrətindədi. Belə yığmalar arasında ən böyük heyət Finlandiya malikdi.
Ölkəmizə 106 atletlə gələn skandinaviyalılar hələ fəxri kürsüyə yüksəlməyib. Sloveniya (83 idmançı), İrlandiya (63), Lüksemburq və Malta (hər ikisi 61) milliləri də böyük heyətə baxmayaraq, medal həsrətindədi.
Bosniya və Herseqovina (56), Andorra (31), Albaniya (28), Kipr (23) təmsilçiləri də ümidləri hələ doğrulda bilməyib. Kiçik nümayəndə heyətinə malik ölkələr – İslandiya (19), Kosovo (18), Lixtenşteyn (10) və Monako (6) da Bakı-2015-də medal qazanmayanlardandı.