<b>Polis kapitanı federasiya prezidenti oldu <span style="color:red;">- FOTO </b>
17 aprel 2018 16:13 (UTC +04:00)

Polis kapitanı federasiya prezidenti oldu - FOTO

0

Azərbaycan Kunq Fu Federasiyasının prezidenti seçilib. Lent.az xəbər verir ki, bu gün Azərbaycan Kunq Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib. Nurlan Aslanov səsvermədə üstünlük qazanaraq prezident seçilib. Daha sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yeni federasiya prezidentini konfrans iştirakçılarına təqdim edib.

 

Qeyd edək ki, Nurlan Aslanov 2000-2001-ci ildən Kung Fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. O, ölkə prezidenti tərəfindən fəxri fərmanı ilə təltif olunub. Həmçinin N.Aslanov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1003

Oxşar yazılar