[b]Karkayin "Şak"ı lider edə bilər[/b] - Şahmat tacı "döyüşü"
24 mart 2018 10:18 (UTC +04:00)

[b]Karkayin "Şak"ı lider edə bilər[/b] - Şahmat tacı "döyüşü"

0
Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşacaq.
 
 
 
İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oyanacaq.
 
 
 
Turun ən maraqlı matçı Sergey Karyakinlə Fabiano Karuana arasında olacaq. Son görüşlərdə uğurlu çıxış edən rusiyalının lideri büdrədəcəyi istisna edilmir. Karuananın xal itirməsi və ya uduzması daha çox Məmmədyarovun işinə yarayacaq. Əgər amerikalı məğlub olarsa və Şəhriyar da qalib gələrsə, həmyerlimiz birinci pilləni ələ keçirə də bilər.
 
 
 
 
 
İddiaçılar turniri
 
XII tur
 
 
 
Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan)
 
Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ)
 
Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ)
 
Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin)
 
 
 
Turnir cədvəli: Karuana - 7 xal; Məmmədyarov – 6,5; Qrişuk, Karyakin – 6; Dinq – 5,5; Kramnik – 5; So – 4,5; Aronyan – 3,5.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 825

Oxşar yazılar