<b>Bugünkü oyunda qalib komanda nə qazanacaq? - <span style="color:red;">AÇIQLANDI </b>
29 may 2019 12:18 (UTC +04:00)

Bugünkü oyunda qalib komanda nə qazanacaq? - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, bu gün saat 23.00-də Bakıda “Çelsi” və “Arsenal”  komandaları Avropa Liqasının baş mükafatı uğrunda yarışacaqlar.
 
Lent.az xəbər verir ki, tanınmış şərhçi Sənan Şəfizadə qalib komandanın əldə edəcəyi mükafat haqqında bir sıra məlumatlar verib:
 
“Bu, UEFA-nın ən ağır mükafatıdır və əsli 15 kiloqram ağırlığındadır. Gümüş detallar və sarı mərmərdən hazırlanan kubokun müəllifi isə milanlı usta Bertonidir”.
 
Qeyd edək ki, matçı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.
 
Həmçinin qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub. Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq. Maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq.
# 473
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar