[b]İslamiada: Boks yığmamızdan ilk qələbə - FOTOSESSİYA[/b]
12 may 2017 15:24 (UTC +04:00)

[b]İslamiada: Boks yığmamızdan ilk qələbə - FOTOSESSİYA[/b]

0
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin rəsmi açılış günündə bir boksçumuz rinqə çıxıb.
 
+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov ilk döyüşünü keçirib. İkiqat dünya çempionumuz mübarizəyə 1/8 final mərhələsindən start verib. Qazaxıstanlı Nurlan Saparbayı sınağa çəkən boksçumuz asan qələbə qazanıb. 5 hakimin hər biri yekdilliklə üstünlüyü Məcidova verib - 5:0. 
 
O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Qarşılaşma mayın 15-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar