"Qalatasaray"ın keçmiş futbolçularının tutulması haqda qərar çıxarılıb
24 avqust 2016 16:59 (UTC +04:00)

"Qalatasaray"ın keçmiş futbolçularının tutulması haqda qərar çıxarılıb

0

 

Türkiyədə Fətullahçı Terror Təşkilatı ilə əlaqəsi olan  keçmiş futbolçuların tutulması barədə qərar çıxarılıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, FETÖ ilə bağlı başladılan cinayət işi çərçivəsində həmin təşkilata üzv olmaqda şübhəli bilinən sabiq futbolçular – Hakan Şükür, Arif ƏrdƏm, İsmayil Dəmiriz və Uğur Tütünəkər barəsində tutulma qərarı çıxarılıb. Onlardan İsmayıl Dəmiriz Böyükçəkmədəki evində saxlanaraq istintaq cəlb edilib.

 

Digər 3 futbolçunun isə ölkədən qaçdığı bildirilib.

 

Qeyd edək ki, adıçəkilən futbolçuların hamısı vaxtilə “Qalatasaray” forması geyinib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar