[b]2017-ci il üçün qadağan olunmuş dopinqlərin siyahısı dərc edildi[/b]
30 sentyabr 2016 03:51 (UTC +04:00)

[b]2017-ci il üçün qadağan olunmuş dopinqlərin siyahısı dərc edildi[/b]

0

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə  idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.    

 

WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş siyahı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.     

 

WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar