Baku Chess-2016: Millimiz Rusiya və Ukraynaya uduzdu
11 sentyabr 2016 21:04 (UTC +04:00)

Baku Chess-2016: Millimiz Rusiya və Ukraynaya uduzdu

0

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IX turun oyunları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz Rusiyaya, kinci yığmamız isə Vyetnama uduzub. Üçüncü komandamız isə Hondurasa qalib gəlib.

 

IX turda qadınlardan ibarət əsas millimizin rəqibi isə Ukrayna olub. Xanımlarımız da məğlubiyyətlə barışmalı olublar. İkinci komandamız da Fransa ilə oyunda eyni aqibəti yaşayıb. Üçüncü yığmamız isə Əlcəzairlə xalları yarı bölüb.

 

Bakı Şahmat Olimpiadası

IX tur

Kişilər

 

Azərbaycan-1 – Rusiya - 0.5:2.5

Vyetnam – Azərbaycan-2 - 2.5:1.5

Honduras – Azərbaycan-3 - 1:3

 

Turnir cədvəli: 1.ABŞ - 14 xal, 2.Hindistan - 14, 3.Ukrayna - 14, 4. Rusiya – 13,5.Azərbaycan-1 - 13, ...19.Azərbaycan-2 - 11, ...86.Azərbaycan-3 - 8.

 

 

Qadınlar

 

Ukrayna – Azərbaycan-1 - 3.5:0.5

Fransa – Azərbaycan-2 - 3:1

Əlcəzair – Azərbaycan-3 - 2:2

 

Turnir cədvəli: 1.Çin - 14 xal, 2.ABŞ - 14, 3.Polşa - 13, ...10.Azərbaycan-1 - 12, ...18.Azərbaycan-2 - 11, ...28.Azərbaycan-3 - 10.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar