Bu gün “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun yekuna əsasən müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5 fərqli forma elə 5 ölkənin idmançılarına qismət olub.
Belə ki, yarışın ümumi qalib adına “RusVelo”nun velosipedçisi İlnur Zakarin layiq görülüb. O, mərhələ qalibi olmasa da, 5 günün yekununa əsasən göy formaya sahib çıxıb.
Bütün liderlər (ümumi nəticəyə görə)
Göy forma (ümumi təsnifat mərhələsinin lideri) – İlnur Zakarin (“RusVelo”, Rusiya)
Yaşıl forma (ən yaxşı sprinter) – Linus Gerdemann (“MTN Kubeka”, CAR)
Qırmızı forma (ən yaxşı dağ yürüşçüsü) – Vitali Buts (“Kolss”, Ukrayna)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) – Pobert Pauer (Avstraliya milli komandası)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) – Samir Cəbrayılov (“Synergy Baku”, Azərbaycan)