“Valensiya” və “Valyadolid”la oyunlarda vacib xallar itirən “Real” “Selta” ilə qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Lent.az-ın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, baş məşqçi Karlo Ançelotti zədəli Kristiano Ronaldo, Pepe, Rafael Varan, Anxel Di Mariya və Daniel Karvaxalı heyətə daxil etməyib.
Çempionlar Liqasının finalı ərəfəsində zədəsini sağaltmayan futbolçularını riskə atmaq istəmədiyini söyləyən italiyalı baş məşqçi 6 aylıq fasilədən sonra Sami Xediraya “Selta” matçında şans verəcəyini də bildirib.