“Barselona”nı keçə bilərik. Biz hamını təəccübləndirməliyik və buna hazırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Çelsi”nin futbolçusu Sesk Fabreqasa məxsusdu.
London klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində martın 14-də “Barselona”nın qonağı olacaq.
Bu görüşlə bağlı danışan Fabreqas İngiltərədəki matçda 1:1 hesabının qeydə alınmasına baxmayaraq, “Çelsi”nin mərhələ adlamaq şansının az olmadığını deyib: “1/4 finala keçmək şansımızın olmadığını düşünənlərlə razı deyiləm. “Çelsi”nin gücünü hər kəsə göstərməliyik. “Nou Kamp”da qol vursam, bunu bayram edib-etməyəcəyimi bilmirəm. Həmin an qərar verəcəm. Amma qolun sevincimi xüsusi yaşamaq istəməzdim”.
Qeyd edək ki, Sesk Fabreqas 2011-2014-cü illərdə “Barselona”nın formasını geyinib.