Futbol üzrə Topaz Premyer Liqasında XXIII turun oyunları sensasion nəticələrlə əlamətdar olub. Lent.az-ın məlumatına görə, turnir cədvəlinin ön pillələrində olan komandaların heç biri qələbə qazana bilməyib.
5 qarşılaşmadan 4-də bərabərlik qeydə alınıb. Yalnız “Sumqayıt”la son 3 mövsümün çempionu “Neftçi” arasındakı matçda 2 cavabsız qol vuran meydan sahibləri qalib gəlib. Bununla da baş məşqçi Aqil Məmmədovun komandasının Premyer Liqadakı qələbəsiz oyunlar seriyası başa çatıb. “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoyub. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə III turda qalib gəlib. Bu, 2013-cü il avqustun 19-da “Qəbələ” ilə matça təsadüf edib - 2:1. Bu nəticədən sonra “Neftçi” 39 xalla 4-cü pillədə qalıb. “Sumqayıt” isə xallarını 12-yə çatdıraraq, 9-cu pilləyə yüksəlib.
“Rəvan” 10-cu pilləyə enməsinə baxmayaraq, “Qəbələ” ilə səfər matçında əzmkarlığı ilə yadda qalıb. Bu görüşdə baş hakim Elvin Əsgərovun təyin etdiyi 2 penaltini dəf edən Lukas Sapela qeyri-etik jestinə görə meydandan qovulub. Amma meydan sahibləri təkcə penaltilərdən yox, say üstünlüyündən də yararlana bilməyib.
Bununla belə, “Qəbələ” 2-ci pillədə qalıb. Çünki 3-cü pillədəki “Bakı” da turun mərkəzi matçında “İnter”i yenə bilməyib. “Şəfa” stadionundakı qarşılaşmada qonaqlar önə keçsələr də, tezliklə çempionatımızın bombardiri Vaqif Cavadov bərabərlik qolunu vurub. 1:1 hesablı nəticə sonadək dəyişməyib.
Ən yaxın izləyicilərinin xal itkilərindən lider “Qarabağ” da yararlana bilməyib. “Simurq”la ev oyununda baş məşqçi Qurban Qurbanovun komandası qolsuz heç-heçə ilə kifayətlənib. Nəhayət, “Xəzər Lənkəran” AZAL-la səfər oyununda 2 top fərqi ilə öndə olmasına baxmayaraq, qələbəni əldən verib. Nəticədə tərəflər hərəyə 1 xalla kifayətləniblər.
23 fevral (bazar)
“Qəbələ” – “Rəvan” (Bakı) – 0:0
Qırmızı vərəqə: Lukaş Sapela, 74 (“Rəvan”)
İstifadə olunmamış penaltilər: Lorenzo Ebesilio, 55. Leonardo da Silva, 73 (hər ikisi “Qəbələ”)
“Sumqayıt” – “Neftçi” (Bakı) – 2:0
Qollar: Mirzağa Hüseynpur, 38; 70
“İnter” (Bakı) – “Bakı” – 1:1
Qollar: Vaqif Cavadov, 27 - Aleksandar Soliç, 12
AZAL (Bakı) – “Xəzər Lənkəran” – 2:2
Qollar: Nedo Turkoviç, 84. Con Oluremi, 90+5 – penalti ilə - Junior Nildo, 22. Elnur Abdullayev, 48
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 90+1 (AZAL)
“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala) – 0:0
|
|
KOMANDALAR |
o |
q |
h |
m |
t |
x |
|
1 |
Qarabağ |
23 |
13 |
7 |
3 |
36-13 |
46 |
|
2 |
Qəbələ |
23 |
13 |
3 |
7 |
34-21 |
42 |
|
3 |
Bakı |
23 |
12 |
4 |
7 |
40-23 |
40 |
|
4 |
Neftçi |
23 |
11 |
6 |
6 |
34-27 |
39 |
|
5 |
İnter |
23 |
11 |
5 |
7 |
35-26 |
38 |
|
6 |
XL |
23 |
7 |
9 |
7 |
24-32 |
30 |
|
7 |
Simurq |
23 |
7 |
8 |
8 |
23-19 |
29 |
|
8 |
AZAL |
23 |
6 |
8 |
9 |
24-33 |
26 |
|
9 |
Sumqayıt |
23 |
2 |
6 |
15 |
16-42 |
12 |
|
10 |
Rəvan |
23 |
1 |
8 |
14 |
12-42 |
11 |
Bombardirlər: Vaqif Cavadov (“İnter”) – 11, Daniel Subotiç (“Qəbələ”) – 10, Reynaldo Silva (Qarabağ), Etame Mbilla (“Xəzər Lənkəran”), Rauf Əliyev (“Bakı”) – hər 3-ü 8 qol.