“Fənərbaxça”dan daha bir ulduz<span style="color:red;"> transferi
13 avqust 2015 10:51 (UTC +04:00)

“Fənərbaxça”dan daha bir ulduz transferi

0

“Fənərbaxça” klubu “Bursaspor”un gənc ulduzu Ozan Tufanı transfer edib. Lent.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi açıqlama yayıb. 

 

Bildirilir ki, “Fənərbaxça” Ozanın transferi qarşılığında qarşı tərəfə 8 milyon avro ödəyəcək. Futbolçu ilə 4 illik müqavilənin bağlanması planlaşdırılır.

 

Qeyd edək ki, “Bursaspor” klubunun prezidenti Rəcəb Bölükbaşı Ozan Tufanı “Beşiktaş”dan başqa istənilən kluba sata biləcəklərini açıqlamışdı. Bu futbolçu ilə “Qalatasaray” və “Trabzonspor” da ciddi maraqlanırdı. Trabzon klubu Ozan üçün 7,5 milyon verə biləcəyini açıqladığı halda, “Cim-Bom” futbolçunun qiymətinin aşağı salınmasına çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar