“Əvəzedilməz oyunçu yoxdu” – Roman Qriqorçuk
13 mart 2016 19:42 (UTC +04:00)

“Əvəzedilməz oyunçu yoxdu” – Roman Qriqorçuk

0

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz çox vacib xallar itirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXV turu çərçivəsində öz meydanında “Zirə” ilə qarşılaşan əyalət klubu 1:2 hesabı ilə məğlub olub.

 

Matçdan sonra “CBC Sport” telekanlına açıqlama verən ukraynalı mütəxəssis qarşılaşma haqqında fikirlərini bölüşüb: “Belə oyunla qalib gəlməli idik. Fərqlənmək üçün rəqibdən daha çox imkanlarımız oldu. Ancaq qeyd etməliyik ki, onlar da şanslardan yaxşı istifadə etdilər”.

 

Təcrübəli mütəxəssis kubok və çempionat oyunlarında əldə olunan fərqli nəticələri isə bu cür şərh edib: “Kubokda ayrı, çempionatda ayrı ab-hava olur. Mən dəqiq səbəb deyə bilmərəm ki, niyə məğlub olduq. Bunu hamı gördü ki, biz qalib gəldiyimiz və məğlub olduğumuz oyunların heç birində “Zirə”dən zəif oynamadıq”.

 

“Qəbələ”nin çalışdırıcısı Aleksey Qayın oyundan çıxmasına da münasibət bildirib: “Qay bizim üçün əsas fiqurlardan biridi. İkinci hissədə zədələndi, ona görə dəyişməli olduq. Bu gün bizə çox kömək etdi, ancaq demək olmaz  ki, o, çıxan kimi biz uduzduq. Biz komanda şəklində oynayırıq. Hər futbolçu o birini əvəz edə bilər. Əvəzedilməz oyunçu yoxdu”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar