Mayın 7-də futbol üzrə Türkiyə kubokunun finalı keçirilib.
Lent.az-ın məlumatına görə, finalda “Qalatasaray” və “Əskişəhərspor” komandaları görüşüb. Konyada Atatürk adına stadionda keçirilən oyunu hakim Hüseyn Gökçə idarə edib.
Xatırladaq ki, “Əskişəhərspor” kuboku cəmi bir dəfə 43 il əvvəl qazanıb. Sonuncu dəfə isə 27 il əvvəl finalda oynayıb.
“Qalatasaray” - “Əskişəhərspor” - 1:0
Qol: Sneyder, 69