"Real" qapıçısı Tibo Kurtua ilə müqaviləsinin müddətini uzadıb.
Lent.az xəbər verir ki, yeni razılıqla 2026-cı ilin iyunun 30-da başa çatması nəzərdə tutulan müqavilə 2027-ci il iyunun 30-dək uzadılıb.
Razılıq zamanı oyunların sayı və ya digər hallarla bağlı heç bir şərt qoyulmayıb.
Kurtua 2018-ci ilin yayından "Los Blankos"da çıxış edir. Ötən mövsüm qapıçı bütün yarışlarda 53 oyun keçirib, 17 qapısını təmiz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.