Vahid Nəzərov Azərbaycanın bütün yığmalarından uzaqlaşdırıldı
Ağırlıqqaldırma üzrə yeniyetmələr, gənclər və böyüklərdən ibarət Azərbaycan milli komandalarının məşqçilər heyəti təsdiqlənib. Lent.az-ın məlumatına görə, əsas yığmamızdan uzaqlaşdırıldıqdan sonra gənclərdən ibarət millimizə rəhbərlik edəcəyi bildirilən Vahid Nəzərova “qapı göstərilib”.
Əsas yığmamızın baş məşqçisi qismində bolqarıstanlı mütəxəssis Yanko Rusev təsdiqlənib. Onun köməkçisi isə həmyerlisi İvan Xristovdur.
Gənclərdən ibarət yığmamız Xanlar Nəbiyevlə Azad Nurməmmədova tapşırılıb. Yeniyetmələrə isə ikiqat dünya çempionu Nizami Paşayevlə Maqsud Həsənov rəhbərlik edəcək.
Məlumatı Vahid Nəzərovun özü də təsdiqləyib. Lakin Nəzərov Lent.az-a açıqlamasında heç vaxt gənclərdən ibarət yığmamızın baş məşqçisi olmadığını söyləyib: “Məni əsas millinin baş məşqçi vəzifəsindən kənarlaşdırdıqdan sonra gənclərdən ibarət yığmaya rəhbərlik edəcəyimi deyirdilər. Halbuki, heç vaxt bu komandanın başında durmamışam. Bundan sonra fəaliyyətimi beynəlxalq dərəcəli hakim kimi davam etdirəcəyəm”.
Elşən Məmmədov

746