Azərbaycan yığması FİFA reytinqində irəliləmədi
03 fevral 2010 10:15 (UTC +04:00)

Azərbaycan yığması FİFA reytinqində irəliləmədi

FİFA dünya yığmalarının 2010-cu il üçün ilk reytinq cədvəlini açıqlayıb.


Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandasının əvvəlki ayla müqayisədə mövqeyində heç bir dəyişiklik baş verməyib.


236 xala malik komandamız yenə 114-cü pillədə qərarlaşıb. İlk “9-luq”dakı İspaniya, Braziliya, Hollandiya, İtaliya, Portuqaliya, Almaniya, Fransa, Argentina və İngiltərənin mövqeyində də dəyişik baş verməyib. Əvəzində Afrika Millətlər Kubokunun qalibi olan Misir millisi 14 pillə irəliləyərək, 10-cu pillədə mövqe tutub.



Türkiyə yığması isə 1 pillə geriləyib. Hazırda “ay-ulduzlular” 728 xalla 42 pillədədir.
# 522

Oxşar yazılar