Azərbaycan yığmasının İrəvana getməyəcəyi rəsmiləşdi
01 fevral 2010 10:15 (UTC +04:00)

Azərbaycan yığmasının İrəvana getməyəcəyi rəsmiləşdi

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının fevralın 13-də Ermənistanın paytaxtı İrəvanda start götürəcək Dünya Kubokundan imtinası rəsmiləşib.


Lent.az-ın məlumatına görə, bu haqda “Novosti-Armeniya”ya turnirin mətbuat katibi Eduard Kələntəryan açıqlama verib.


O bildirib ki, bu gün Ermənistan Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasından (FİLA) məktub alıb. Sənəddə Azərbaycan yığmasını Dünya Kubokunda Özbəkistanın əvəzləyəcəyi göstərilib.


Kələntəryanın sözlərinə görə, Azərbaycan tərəfi iki gün davam edəcək yarışdan imtinasına səbəb kimi 13 – 18 apreldə Bakıda keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlaşmaq istəyini göstərir. O, həmçinin FİLA-nın buna görə Azərbaycan Güləş Federasiyasına heç bir intizam sanksiyası tətbiq etməyəcəyini açıqlayıb.


Qeyd edək ki, Dünya Kubokunda Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan, Kuba və Macarıstan da mübarizə aparmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar