Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
20 avqust 2023 10:13 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a  verilən xəbərə görə, avqustun 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Böyük Qafqaz zonasının bəzi yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Qəbələdə 34 mm (aylıq normanın 50 %-i), Şəkidə 20 mm (aylıq normanın 36 %-i), Qrızda 14 mm, Qaxda 10 mm, İsmayıllı, Xaltan, Şahdağ, Şamaxı, Oğuz, Quba, Altıağac, Qusar, Şabran, Qobustan, Balakən, Neftçalada 7 mm-dək olub.

Qərb küləyi arabir Ceyrançöldə 18 m/s, Şamaxıda 17 m/s-dək güclənib.

Gözlənildiyi kimi havanın temperaturu avqustun ayının birinci yarısına nisbətən bir qədər aşağı enərək, Bakıda və Abşeron yarımadasında 32-35 dərəcə, Naxçıvan MR-da 36-38 dərəcə, aran rayonlarında 33-39 dərəcə, dağlıq rayonlarda 27 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 20-si axşam saatlarından tədricən kəsiləcəyi, 21-22-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19695
avatar

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

13 dekabr 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

12 dekabr 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

12 dekabr 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

11 dekabr 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

11 dekabr 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

10 dekabr 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

10 dekabr 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

9 dekabr 2024 , 20:30