Zaqatalada mikroavtobusla minik maşını toqquşdu,  yaralananlar var
20 sentyabr 2022 21:33 (UTC +04:00)

Zaqatalada mikroavtobusla minik maşını toqquşdu, yaralananlar var

Zaqatalada “Mercedes Vito” mikoravtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.

lent.az APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində üç nəfər rayon sakini aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralılar müayinə edilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 2844
avatar

Oxşar yazılar