Zaqatalada heyvanların KÜTLƏVİ ÖLÜMÜ:  50-ə yaxın cəsəd tapıldı - FOTO
02 mart 2023 14:44 (UTC +04:00)

Zaqatalada heyvanların KÜTLƏVİ ÖLÜMÜ: 50-ə yaxın cəsəd tapıldı - FOTO

Zaqatalada heyvanların kütləvi ölümü baş verib. 

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, rayon Muxax kəndi ərazisində yol kənarənda 50-ə yaxın xırdabuynuzlu heyvanın cəsədləri aşkar edilib. 

Dərhal hadisə barədə rayon rəhbərliyinə və baytarlıq xidmətinə məlumat verilib. 

Əraziyə gələn mütəxəssislər araşdırmalara başlayıb.

Heyvanlar öldüyü üçün onlardan nümunələr götürmək mümkün olmayıb. Ərazi dezinfeksiya edilib və cəsədlər basdırılıb. 

Qoyunların hansı şəraitdə və nədən ölmələri məlum deyil. 

# 5682
avatar

Oxşar yazılar