Zaqatalada DƏHŞƏT:  içki şüşəsi ilə öldürdü - YENİLƏNİB
04 noyabr 2022 21:03 (UTC +04:00)

Zaqatalada DƏHŞƏT: içki şüşəsi ilə öldürdü - YENİLƏNİB

Zaqatala rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun Fındıqlı kəndində, kənd sakini 70 yaşlı Qriqoriy Burqandinovun ailəsinə məxsus fındıq bağında baş verib.

Qətlə yetrilən 52 yaşlı Elxan Xəlilov isə Zaqatala şəhər sakinidir.

Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş.

***

Saat 18:53

Zaqatalada qətl törədilib.

Zaqatala rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, noyabrın 4-ü Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 52 yaşlı Elxan Xəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 70 yaşlı Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

# 22425
avatar

Oxşar yazılar