Yollarda daha 3 nəfər öldü
26 aprel 2022 10:24 (UTC +04:00)

Yollarda daha 3 nəfər öldü

Yol qəzaları yenə insan ölümünə səbəb olub. Ötən həftəsonu da baş verən qəzalar nəticəsində 4 nəfər həyatını itirmişdi. Təəssüf ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, ölüm halları davam edir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilən 52 cinayətin üstünü “isti izlər”lə açıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar