Yol keçmək istədi, maşın  vuraraq öldürdü
15 iyun 2022 04:38 (UTC +04:00)

Yol keçmək istədi, maşın vuraraq öldürdü

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

# 2478
avatar

Oxşar yazılar