Yenə lotereya oğurlandı: Bu dəfə 5 min manatlıq
07 sentyabr 2022 14:22 (UTC +04:00)

Yenə lotereya oğurlandı: Bu dəfə 5 min manatlıq

Bakıda mənzil qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Sabunçu qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində 530 ədəd lotereya oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Şəfiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1515
avatar

Mehman Nəbiyev

Oxşar yazılar