Yardımlıda  torpaq sürüşdü:   yolda hərəkət çətinləşdi
05 may 2023 16:14 (UTC +04:00)

Yardımlıda torpaq sürüşdü: yolda hərəkət çətinləşdi

Yardımlı rayonunda torpaq sürüşməsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, ​Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb.

Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin​ və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı​ ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb. Dağılmış istinad divarları və iri torpaq ​ layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması​ yaransa da, sonradan aradan qaldırılıb.

Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafi​q dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə​ təmir-bərpa işlərinə başlanacaq.

Torpaq sürüşməsinə son günlər rayon ərazisində intensiv yağıntıların səbəb olduğu bildirilir.

# 1251
avatar

Oxşar yazılar