Xocavənddə yanğın: Helikopter qalxdı - VİDEO
20 iyul 2022 16:12 (UTC +04:00)

Xocavənddə yanğın: Helikopter qalxdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 5 hektar ərazidə quru ot, kol-kos, meyvə ağacları və 10 ədəd müxtəlif ölçülü qaraj 150kv.m. sahədə yanıb. Ətraf ərazilər, o cümlədən digər tikililər yanğından mühafizə olunub.

Bundan əlavə, Qubadlı rayonunun Muradxanlı kəndi, Xocavənd rayonunun Binədərəsi kəndi və Füzuli rayonunun Aybasanlı kəndində əsasən kol-kos və otluq ərazilərdə baş vermiş yanğınlar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Həmçinin, Xocavənd rayonunun Günəşli kəndi yaxınlığında mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

# 1647
avatar

Oxşar yazılar