Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb
15 dekabr 2015 18:35 (UTC +04:00)

Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

0

Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub. İki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib.

Lent.az-ın Müdafiə Nazirliyin saytına istinadən məlumatına görə, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və İclasın nəticələrini əks etdirən yekun Protokol imzalanıb.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar