Yük və minik maşınları toqquşdu: <b>ölən və yaralananlar var</b> - <span style="color:red;">YENİLƏNİB
11 noyabr 2015 16:04 (UTC +04:00)

Yük və minik maşınları toqquşdu: ölən və yaralananlar var - YENİLƏNİB

0

Hacıqabul-Bəhramtəpə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 14.00 radələrində Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində, Şirvan şəhəri ərazisində qeydə alınıb.

 

Şirvan sakininin idarə etdiyi “Ford” markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə Zəngilan rayon sakini Şirinov Ruslan Şahmirzə oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 2107” markalı  avtomobilin sərnişini, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Şirinov Taleh Şahmirzə oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

 

“VAZ 2107” markalı avtomobilin digər sərnişini və ölən şəxsin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şirinova Günəş Fizuli qızı xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onların azyaşlı uşaqları isə yüngül xəsarət alıb.

 

“Ford” markalı avtomobildə olan sərnişin - Şirvan sakini, 1972-ci il təvəllüdlü Rzayev Bəxtiyar Rəhməd oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır.

 

 

***

 

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində qeydə alınıb.

 

“Ford” markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə “VAZ 2107” markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Şirinov Taleh Samir oğlu ölüb. T. Şirinov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

 

Hadisə nəticəsində xəsarət alan üç nəfər isə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 966

Oxşar yazılar