[b]Yük maşını avtomobilin üstünə aşdı<span style="color:red;"> - TƏHLÜKƏLİ VƏZİYYƏT [/b]
07 avqust 2016 11:29 (UTC +04:00)

[b]Yük maşını avtomobilin üstünə aşdı - TƏHLÜKƏLİ VƏZİYYƏT[/b]

0

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonunun Piran kəndi ərazisində qeydə alınıb.

 

Yük maşını aşaraq bir gün əvvəl nasazlıq səbəbindən alt yolda dayanmış digər yük maşınının üstünə düşüb və onu oksigen balonlarının mühafizə olunduğu anbara tərəf aşırıb.

 

Nəticədə təhlükəli vəziyyət yaranıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda qəza şəraiti qiymətləndirilməklə, maşınların anbardan uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar