Yük maşını aşdı, türkiyəli sürücü yaralandı - Hacıqabulda
11 may 2018 22:49 (UTC +04:00)

Yük maşını aşdı, türkiyəli sürücü yaralandı - Hacıqabulda

0

Hacıqabul rayonunda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü Türkiyə vətandaşı Günsaldı Səlim Həsən oğlu sükanı arxasında olduğu ağır tonnajlı yük maşını ilə (TIR) hərəkətdə olarkən anidən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar