Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 19-da saat 05 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Göygöl rayon sakini Elyar İsgəndərov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini Asif Əhmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb
Oxşar hadisə Qəbələdə də baş verib. Avqustun 19-da saat 22 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Murad Musayev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Xəqani Əliyevi vurub. X.Əliyev hadisə yerində ölüb.
Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.