Yolu keçən iki piyadanı vurub qaçdı - <span style="color:red;">Salyanda
10 noyabr 2016 19:40 (UTC +04:00)

Yolu keçən iki piyadanı vurub qaçdı - Salyanda

0

Ələt-Astara yolunun 46-cı kilometrliyində, Salyan rayonu ərazisində avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü hadisə yerindən qaçıb.

 

Piyadalardan biri Şirvan sakini 1974-cü il təvəllüdlü Qədirova Səidə Arif qızı hadisə yerində ölüb. Digər piyada - Şirvan şəhər sakini Camalova Gülbəniz Nüsrət qızı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Baş Dövlət Yol Polisi tərəfindən axtarış elan edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar