Yanvarın 27-də ölkə yollarında baş vermiş qəzalar 3 nəfərin həyatına son qoyub.
Lent.az Baş Dövlət Yol Polisinə istinadən xəbər verib ki, gün ərzində ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə ölən 3 nəfərdən başqa 19 nəfər də yaralanıb.
Ölümlə nəticələnən qəzalar Ağdaş, Şəmkir və Goranboyda baş verib.
Həır bir faktla bağlı araşdırma aparılır.