Yol polislərinin bu il tərtib etdiyi protokolların sayı açıqlandı
08 fevral 2016 13:41 (UTC +04:00)

Yol polislərinin bu il tərtib etdiyi protokolların sayı açıqlandı

0

 

 

Bakıda bu ilin əvvəlindən indiyədək qayda pozan sürücülərə qarşı DYP əməkdaşları tərəfindən 144 minədək inzibati protokol tərtib edilib. Lent.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

 

Bölmə rəisi vurğulayıb ki, cari ilin əvvəlindən bu günə qədər qayda pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən 84 488 inzibati protokol tərtib edilib: "Bundan başqa, Mərkəzi Məlumat Xidmətinin (MMX) texniki vasitələrinin köməyi ilə aşkar olunan 59 474 qayda pozuntusuna görə sürücülərə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında elektron protokol tərtib olunub. Bu müddət ərzində 1 564 sərxoş sürücü aşkarlanıb, işıqforun tələblərini pozmaqla 1 188 qayda pozuntusu qeydə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar