Polis əməkdaşı qəza törətdi: <span style="color:red;">1 nəfər öldü  - YENİLƏNİB
22 may 2014 14:01 (UTC +04:00)

Polis əməkdaşı qəza törətdi: 1 nəfər öldü - YENİLƏNİB

0

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


 

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 19.00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci kilometrliyində, Gövhərli kəndi ərazisində qeydə alınıb. İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən Beyləqan rayon sakini Pərviz Qulu oğlu Orucov idarə etdiyi  “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və  avtomobil aşaraq  yoldan çıxıb. Qəza  zamanı sərnişinlərdən biri  İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən İmişli rayon Qızılkənd sakini, 1987-ci il təvəllüdlü Cövdət Hamlet oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib. Sürücü  və   digər  sərnişinlər İmişli rayon sakinləri - 1983-cü il təvəllüdlü  Elnur Valeh oğlu Mustafayev, Ramin Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2746

Oxşar yazılar