Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Aran qəsəbəsində noyabrın 29-da rayon sakinləri Rüfət Həşimovun və İsmayıl Bayramzadənin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. R.Həşimov və onun 1 sərnişini, habelə İ.Bayramzadə və onun 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.