Yeniyetmə oğlanların ölümü ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
06 iyul 2014 10:39 (UTC +04:00)

Yeniyetmə oğlanların ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

0

Fövqəladə Hallar Nazirliyi dünən Şəmkir rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə 1998-сi il təvəllüdlü Azər Malik oğlu Həsənov və 2000-ci il təvəllüdlü Arif Cavan oğlu İsayevin Kür çayının Şəmkir rayonu, Cəfər Cabbarlı kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 160 km məsafədə, nəzarət olunmayan ərazidə) çimərkən batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. A. Həsənov və A. İsayevin cəsədi batdığı yerdən, təxminən, 60 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 18:20-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1985

Oxşar yazılar