Yeni tikilən obyektdə faciə: 26 yaşlı oğlan öldü
25 dekabr 2016 14:29 (UTC +04:00)

Yeni tikilən obyektdə faciə: 26 yaşlı oğlan öldü

0

Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.

 

Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar