Yasamaldakı zavodda faciə: 21 yaşlı fəhlə öldü
20 noyabr 2014 11:35 (UTC +04:00)

Yasamaldakı zavodda faciə: 21 yaşlı fəhlə öldü

0
Bakıda zavodda bədbəxt hadisə baş verib.

 

APA-nın məlumatına görə, zavodda fəhlə işləyən, 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov cihazda baş verən partlayış nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

 

Yasamal Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1084

Oxşar yazılar