Yaşadığı qadının evində tutduğu kişini öldürdü - Azərbaycanda
05 iyul 2016 11:27 (UTC +04:00)

Yaşadığı qadının evində tutduğu kişini öldürdü - Azərbaycanda

0

 

Bakıda qətl törədilib.

 

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

 

İlkin məlumata görə, hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar