Yağışlı hava sel daşqınlarına səbəb olub - RƏSMİ
13 iyun 2014 13:05 (UTC +04:00)

Yağışlı hava sel daşqınlarına səbəb olub - RƏSMİ

0

İyunun 13-də səhər saatlarında yağan yağışlar nəticəsində Kiçik Qafqazda Göygöl rayonu ərazisindən axan Gəncəçay-Zurnabad və Kürəkçay-Toğana məntəqələrində suyun səviyyəsi kəskin artıb və sel keçməsi müşahidə olunub. 

 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir. 
 

Kür çayının Qırqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 969

Oxşar yazılar