Xoşqədəm: “Bizi müşayiət eləyən maşına güllə dəydi” - YENİLƏNİB
26 may 2014 23:25 (UTC +04:00)

Xoşqədəm: “Bizi müşayiət eləyən maşına güllə dəydi” - YENİLƏNİB

0

Suriyada güllə yarası aldığı deyilən aparıcı Xoşqədəm Hidayətqızı bu barədə danışıb.

 

AzVision.az xəbər verir ki, ATV-nin canlı efirinə qoşulan aparıcı deyib ki, güllə ona yox, maşına dəyib: “Günorta saatlarında televiziyaya canlı qoşulmuşduq. Bu zaman atəş səsləri eşidildi. Mən də məcbur olub telefonu söndürdüm, ancaq bizi müşayiət edən maşına güllə dəydi, biz də tez ərazini tərk etdik və bir neçə saat telefonu bağlı saxladıq. Hazırda çəkilişimiz davam edir və hər şey öz qaydasındadır". 

 

***

19:45

Telejurnalist, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidatyətqızı ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyətə aydınlıq gətirilib

Lent.az-ın məlumatına görə, aparıcının çalışdığı ATV kanalının rəhbərliyi tərəfindən Suriyaya ezamiyyətə göndərilməsi dəqiqləşib. Lent.az-a açıqlama verən Azad Azərbaycan Teleradio Şirkətinin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, bu gün baş verən insidentdən sonra Xoşqədəm Hidayətqızı onlarla əlaqə saxlayıb. “Bizə sms göndərmişdi ki, hər şey normaldır. Suriyanın Hələb şəhərində atışma olub, lakin xəsarət alan olmayıb”.

 

V. Aydınoğlu onu da vurğulayıb ki, X. Hidayətqızının “ATV Xəbər”in 21:00 buraxılışında efirə qoşulması gözlənilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10497

Oxşar yazılar