Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, hal-hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.
**** 16.50
Fövqəladə Hallar Nazirliyi dənizdə tapılan meyitlərlə bağlı məlumat yayıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.
***
Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.
APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.
Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.
Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.
***
15:33
Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.
APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.
Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.