Xəndəkdə qadın meyiti tapıldı - <span style="color:red;">Dializ xəstəliyindən əziyyət çəkirmiş
09 aprel 2019 15:50 (UTC +04:00)

Xəndəkdə qadın meyiti tapıldı - Dializ xəstəliyindən əziyyət çəkirmiş

0
Şəkidə 66 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bideyiz kəndində baş verib. Kənd sakini, 66 yaşlı Nərminə Qarayevanın meyiti bu gün səhər saatlarında yaşadığı evin həyətyanı sahəsindəki xəndəkdə tapılıb.
 
İlkin araşdırma zamanı müəyyən edilib ki, dializ xəstəliyindən əziyyət çəkən N.Qarayeva ötən gün axşam saatlarında xəstəxanadan evə qayıdarkən xəndəyə yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 818

Oxşar yazılar