Xalq artistinin evini <span style="color:red;">YARDILAR
08 aprel 2019 15:30 (UTC +04:00)

Xalq artistinin evini YARDILAR

0
Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq olub. ONA-nın əldə etdiyi xəbərə görə, müğənni faktla bağlı polisə müraciət edib. 
 
Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
 
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.
 
ONA hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 873

Oxşar yazılar