Xaçmazdakı güllələnmə ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
04 oktyabr 2017 11:34 (UTC +04:00)

Xaçmazdakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT

0

Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra “VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar