Ötən gecə Quba-Xaçmaz magistral avtomobil yolunun 15–ci km-də Xaçmaz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisədən dərhal sonra FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və 1985-ci il təvəllüdlü Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.