Xaçmazda minik maşını dərəyə aşıb:<span style="color:red;"> 1 yaralı
19 fevral 2014 11:17 (UTC +04:00)

Xaçmazda minik maşını dərəyə aşıb: 1 yaralı

0

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Sudur kənd sakini 1986-cı il təvəllüdlü Çingiz Süleymanovun idarə etdiyi 10 RE 724 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşın yoldan çıxaraq yolun kənarındakı dərəyə düşüb. Qəza nəticəsində maşında olan 3 nəfərdən biri - 1987-ci il təvəllüdlü, Quba rayonunun Cimi kənd sakini Aqşin İsrafilov müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar